Maraqlı

Hər yaşın haqqını verin

9 Fevral 2019 08:25
2 Şərh     Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir elm adamı nəql edirdi ki, uzun illər ötdükdən sonra təsadüfən ustadına rast gəlir. Çox sevinir, ehtiram əlaməti olaraq onun əlini öpür.

Ustad da keçmiş şagirdi ilə görüşdən son dərəcə məmnun qalır, çöhrəsinə təbəssüm qonur. Artıq xeyli yaşa dolan müəllimin əhvalını bir qədər də yaxşılaşdırmaq üçün elm adamı deyir: "Ustad! Maşallah, illər Sizi heç qocaltmayıb".

Bunu eşidən kimi sevinc müəllimin üzündən təbəssüm yox oldu, kədərləndi: "Eləmi? Amma hər yaşın haqqını vermək lazımdır. Demək, mən yaşımın, yaşadığım illərin haqqını verməmişəm"...

Bəs siz neçə yaşındasınız? Neçə yaşında olursunuzsa olun, amma bilin ki, tam xoşbəxtlik yaşındasınız. Hər yaşın özünə məxsus xoşbəxtliyi var. Yaşımız heç də yaşadığımız illərin sayı qədər deyildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.