Maraqlı

Xiaomi yeni oyun smartfonu hazırlayıb

9 Fevral 2019 08:21
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" şirkətinin məhsullar üzrə direktoru Vonq Tenq Tomas Çinin "Weibo" mikrobloqlar servisi səhifəsində ikinci nəsil "Xiaomi Black Shark 2" oyun smartfonunun hazırlanmasını təsdiq edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, beləliklə, "Skywalker" kod adlı qurğunun texniki xüsusiyyətləri haqqında məlumat verilmir. Lakin onun sonuncu nəsil qabaqcıl "Snapdragon 855" prosessoru və 8 giqabaytlıq operativ yaddaşla təchiz ediləcəyi barədə söhbətlər dolaşır. Smartfonun "Android Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi bildirilir.

Qeyd edək ki, birinci nəsil "Xiaomi Black Shark" modeli 2018-ci ilin yazında buraxılıb. Bir müddət smartfon "Antutu" şirkətinin reytinqində 272 min balla bazarın ən güclüsü olub. O, 5,99 düym diaqonallı ekran, "Snapdragon 845" prosessoru və 6 giqabaytlıq operativ yaddaşla təchiz olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.