Maraqlı

Viber yeniləndi

9 Fevral 2019 07:01
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Viber 10" messencerinin yeni versiyası yeni interfeys ilə təchiz edilib və təhlükəsizlik sistemi gücləndirilib. Bu haqda mobil proqramın saytında məlumat verilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, indi şəxsi və qrup kontaktları, cəmiyyət və çat-botlar istifadəçilərə əsas dialoq siyahısında əlçatandır, son zənglər və kontaktların siyahısı isə bir vərəqdə toplanılıb.
 
Həmçinin proqramın funksionallığında dəyişikliklər edilib. Məsələn, hələ ki 5 istifadəçi ilə səsli ünsiyyət saxlamaq imkanı əlçatan olub. Tərtibatçılar videorabitə üzrə də eyni imkanın əlçatan olacağını bildiriblər.
 
Bundan başqa şirkətin baş direktoru deyib ki, "Viber" üçün fərdi məlumatların mühafizəsi böyük önəm daşıyır, buna görə bütün mesajlar yeni şifrləmə texnologiyası ilə qorunur. Həmçinin indi messencerdə telefon nömrələri ilə mübadilə etmədən ünsiyyət saxlamaq mümkündür. Bu o deməkdir ki, fırıldaqçılar istifadəçinin nömrəsi haqqında məlumatlara giriş əldə etməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.