Maraqlı

YouTube'dakı Dislike düyməsi yığışdırıla bilər

7 Fevral 2019 08:05
0 Şərh     Baxış: 543

YouTube komandası öz videoservisində Dislike düyməsindən imtina etmək variantını nəzərdən keçirdir. Qeyd etmək lazımdır ki, bu düymə vasitəsilə istifadəçilər bu və ya digər videoya öz neqativ yanaşmalarını sərgiləyə bilirlər. Bu barədə The Verge saytı xəbər verib. YouTube servisinin komandasını bir sıra videoları bilərəkdən dislike etməklə onların reytinqlərini aşağı salan spamçılar narahat edir. Bununla belə həmin insanlar hansısa videonu dislike etməzdən əvvəl heç videonu izləmirlər.

Milli.Az technote.az-a istinadən bildirir ki, YouTube servisinin tərtibatçıları bu problem bir neçə üsul ilə aradan qaldıra bilərlər. YouTube-da layihələrin idarəolunması üzrə direktoru Tom Leung-un sözlərinə əsasən birinci üsul ondan ibarətdir ki, kontent müəlliflərinə öz videoları üçün Dislike düyməsini aktivləşdirib/aktivləşdirməmək hüququnu vermək olar. Lakin bu düyməni deaktiv etməklə kontent müəllifləri müsbət reytinqləri görə bilməyəcəklər. İkinci üsul isə ondan ibarətdir ki, Dislike düyməsinə kiçik sorğu funksiyası əlavə olunsun. Yəni əgər siz hansısa videoya neqativ yanaşma bildirmək istəyirsinizsə, deməli öz yanaşmanızın səbəblərini qısa olaraq başa salmalısınız.

Bu üsulla kontent müəllifləri nəyi düzgün etmədiklərini biləcəklər və bu halda işə botlar qarışa bilməyəcəklər. YouTube servisinin özündə isə düşünürlər ki, videoların reytinqlərini bilərəkdən aşağı salan insanlar sözügedən sorğuda iştirak etməyəcəklər. Dislike düyməsinin tamamilə servisdən çıxarılması üsulu isə ən son variantdır. YouTube servisi hələki problemin həll üsullarını axtarmaqla məşğuldur. Planlamadan praktiki tətbiqə nə zaman keçid olunacağı barəsində isə heç bir məlumat yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.