Maraqlı

Xiaomi Mi9-nin real fotosu sızdırıldı

7 Fevral 2019 08:59
1 Şərh     Baxış: 936

Gözləntilərə əsasən bu ayın sonunda Xiaomi şirkəti özünün yeni flaqman modeli olacaq Mi9 smartfonunu təqdim edəcək. Bundan əvvəl sözügedən smartfonun yalnız render fotoları ortaya çıxırdı. İndi isə smartfonun real fotosu ortaya çıxıb. Bu barədə Slashleaks saytı xəbər verib. Yayılmış fotoda bilinməyən şəxs sözügedən smartfonu öz əlində tutub.

Milli.Az technote.az-a istinadən bildirir ki, mənbənin verdiyi məlumata əsasən, bu məhz Mi9 smartfonudur. Bunu həmçinin smartfonun arxasında olan üçlü kamera və Mi loqosu da təsdiqləyir.

Fotodan da görmək olar ki, smartfon bir qədər böyük ölçüyə sahibdir və onun arxa paneli şüşədən hazırlanıb. Arxa panelin özü isə göy-bənövşəyi qradient rəngdədir. Smartfonu əlində tutmuş şəxs öz əli ilə smartfonun kamera hissəsini örtüb. Lakin buna baxmayaraq arxa paneldə üç kamera modulunun olduğunu görmək olar. Bu fotonun yayılmasından sonra məşhur insayder Ben Geskin smartfonun əvvəlki render fotosunu yeniləyib. Beləliklə yeni render fotosuna əasən smartfonun arxa kameraları bir hissədə yerləşir və üçüncü kameranın aşağı hissəsindı işıqlandırma sistemi yerləşir. Smartfonun ekranında olan çıxıntı hissə isə yerində qalıb.

Məlumata əsasən Xiaomi Mi9 smrtfonu 19;9 nisbətli 6.4 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 3500 mAh enerji tutumlu batareya, 48 MP (Sony IMX586kamera modulu) + 12 MP + 3D TOF (Time Of Flight) üçlü arxa kamera və 24 MP-lik (Sony IMX576 kamera modulu) ön kamera ilə təchiz olunacaq. Smartfon MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq Son məlumatlara əsasən Xiaomi Mi9 smartfonu bu ayın sonunda keçiriləcək MWC 2019 sərgisində təqdim ediləcək və onun standart versiyası 436$ qiymətinə sahib olacaq.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonim · 8 Fevral 00:2500

    Qeseng telefondu.Yaxsi da isleyir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.