Maraqlı

1200 illik kitab: üzərindəki işarə təəccüb doğurdu

5 Fevral 2019 19:04
2 Şərh     Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Diyarbəkir şəhərində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində 1200 illik İncil ələ keçib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, idarə sözügedən müqəddəs kitabın şəhərin Qarapınar mahalında 3 şübhəlidən götürüldüyünü açıqlayıb.

Məlumata görə, şübhəlilər üzərində qızılla işləmə olan dini kitabı satmağa çalışıblar.

Kitabın 17 vərəqdən ibarət olduğu bildirilib. Diqqət çəkən nüans isə İncilin üzərində "Davud ulduzu" adlanan işarənin əks olunmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.