Maraqlı

Daşkənddə “Şəhər içində şəhər” tikilir - FOTO

3 Fevral 2019 21:06
3 Şərh     Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan paytaxtında "Tashkent-sity" ("Şəhər içində şəhər") Beynəlxalq İşgüzar Mərkəz (BİM) tikilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı keçirilən təqdimatda şəhərin mərkəzində salınan "Tashkent-sity"nin 80 hektar sahəni əhatə etdiyi qeyd olunub.

Bildirilib ki, işgüzar mərkəzin tikintisi üçün Özbəkistan hökumətinin üzvlərindən və dövlət orqanlarının nümayəndələrindən ibarət 17 nəfərlik İnzibati Şura yaradılıb.

Mərkəzdə beşulduzlu mehmanxanalar, restoranlar, işgüzar və ticarət mərkəzləri, elit yaşayış kompleksləri, böyük park olacaq.

"Tashkent-sity"nin layihəsini Böyük Britaniya, Türkiyə, Sinqapur və digər ölkələrin məşhur şirkətləri layihələndirib.

Diqqətə çatdırılıb ki, dünyanın 12 şirkəti bu nəhəng layihənin həyata keçirilməsinə sərmayə qoyub.

Tikinti işlərində 6 mindən çox insan çalışır ki, onların 200-ü mühəndis-texniki heyətə aiddir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.