Maraqlı

“Lütfən, mənə imzalı fotonuzu yollayın” - Amerikalı uşağın Atatürkə yazdığı məktub - FOTO

3 Fevral 2019 18:15
1 Şərh     Baxış: 1 963

Daha yaxşı bir gələcəyin yolu, uşaqları aydınlığa çıxarmaqdır.

Bu dəfə sizinlə hər kəsin sevimlisi, xarakteri və vətənpərvərliyi ilə qəlbləri fəth edən Atatürk haqqında maraqlı bir xatirəni bölüşəcəyik.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 10 yaşlı amerikalı uşağın Atatürkə yazdığı məktub haqqında maraqlı məlumatlar gündəmə gəlib:

"1923-cü ilin noyabr ayı Atatürk üçün ən çətin və yorucu dönəmlərdən biri idi. Cümhuriyyətin elan edilməsindən hələ heç 1 ay belə, keçməmişdi. Qət ediləcək daha çox yol var idi. Bu yorğun və çətin zamanlarda bir gün köməkçisi yanına gəlib, "Paşam, sənə Amerikadan məktub var" deyərək, ona bir zərf uzatdı. Atatürk məktubu kimin göndərdiyini bilmək üçün zərfin üzərini oxudu. Lakin Curtis La France adında tanıdığı bir insan yox idi. Bu vəziyyət onu daha da həyəcanlandırdı və dərhal zərfi açdı.

Nyu-York 28 oktyabr 1923

Məktub Cümhuriyyətin elan edilməsindən 1 gün öncə göndərilmişdi. Məktubda yazılırdı: "Hörmətli Kamal bəy, mən 10 yaşında amerikalı bir uşağam. Türkiyəyə və yeni qurulan hökumətinizə marağım var. Siz və xanımınız haqqında bir reportajı da oxumuşam. Türkiyə haqqında bir dəftərim var. Sizin və Lətifə xanımın haqqında bir çox yazı və rəsimlər toplamışam. Lütfən amerikalı bir uşağa kiçik bir qeyd və imzalı fotonuzu göndərin".

Məktubdan duyğulanan Atatürk "Türkiyə Cümhuriyyəti Başqanı - Özəl" başlığı ilə 10 yaşlı uşağa cavab məktubu yazıb: "Curtis La France məktubunu aldım. Türkiyə haqqındakı maraqlarına və xoş sözlərinə görə təşəkkür edirəm. İstəyinizi nəzərə alıb, imzalı fotomu da yollayıram. Uğurlar və xoşbəxtliklər arzulayıram".

Bu məktub ingilis dilinə tərcümə edilərək, əsli ilə birlikdə 10 yaşlı uşağa çatdırılıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    M. · 3 Fevral 23:5530

    Allah mekanını cennet eylesin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.