Maraqlı

"Apple" artırılmış reallığa doğru addım atır

5 Fevral 2019 07:11
0 Şərh     Baxış: 302

"Apple" növbəti il "iPhone"lar üçün daha güclü 3-D kameraları təqdim etmək niyyətindədir.

Milli.Az insider.az-a istinadən bildirir ki, bunu "Apple" şirkətinin planı barədə məlumatlı şəxslər açıqlayıb. Qeyd edək ki, bu plan texnologiyanın müasir sahələrindən biri olan artırılmış reallığa doğru şirkətin addımı kimi qiymətləndirilir.

Qeyd edilib ki, 3-D kamerası real dünyanın üçölçülü rekonstruksiyanı yaratmaq üçün ətraf mühiti skan edə biləcək şəkildə dizayn edilir. Bu təxminən 15 fut məsafədən işləyəcək. Yeni kamera sistemi "iPhone"-da hazırda mövcud olan, "Apple"-ın üz tanıma funksiyasını 25-50 santimetr məsafədə işə sala bilən  3-D  kamera sistemi ilə bir-birinə ziddir.

Yeni sistem hazırda mövcud olan uzaq məsafədə işləməyən sistemdən fərqli olaraq  lazer skanerindən istifadə edir. Bu sadəcə çox sadalanan yeni funksiyalardan biridir. Həmçinin üçüncü, daha qabaqcıl, böyük şəkil çəkmək alətlərinə malik kamera, daha güclü çip kimi yenilikləri "Apple" növbəti nəsil "iPhone"larda təqdim etmək niyyətindədir.

Verilən məlumata görə, yeni sistem üçün sensorların yoxlanılması məqsədilə "Apple" şirkəti "Sony" ilə danışıqlar da aparıb.

2020-ci ilin "iPhone" kameraları artırılmış reallıq qulaqlıqları üçün bir başlanğıc ola bilər. Lakin şirkətin sözçüsü bununla bağlı heç bir açıqlama verməyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.