Maraqlı

Bu ölkə "Huawei"ni təhlükəsizliyinə təhdid hesab etmir

5 Fevral 2019 08:01
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Slovakiya Çinin texnologiya nəhəngi olan "Huawei"ni təhlükəsizliyi üçün təhdid hesab etmir.

Milli.Az insider.az-a istinadən bildirir ki, bunu Slovakiyanın baş naziri Pyotr Pellegrini deyib.

O vurğulayıb ki, adıçəkilən şirkətə qarşı məhdudiyyətlər tətbiq etməzdən öncə onun təhlükəsizliyə risk yaratdığını sübut etməyə ehtiyac var.

Qeyd edək ki, "Huawei" Çin hakimiyyəti ilə əlaqədə olmaqda və Pekinin bu şirkətin texnologiyasından agent xidmətləri üçün istifadə etməkdə ittiham edilir.

Polşada şirkətin əməkdaşı agent olmaqda günahlandırılaraq həbs edildikdən sonra Avropa bu məsələyə diqqət yönəldib. ABŞ və onun müttəfiqləri isə şirkətə qarşı məhdudiyyətlər tətbiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.