Maraqlı

FaceTime-dakı problem çözüldü

5 Fevral 2019 08:59
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Apple" şirkəti səsli və videozənglər üçün "FaceTime" proqramında kənar şəxsə başqalarının danışığına qulaq asmağa imkan verən boşluğu aradan qaldırıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, müvafiq yeniləmə gələn həftə istifadəçilər üçün əlçatan olacaq. Şirkətin nümayəndələri, həmçinin "Apple" cihazlarından istifadə edən istifadəçilərə bu barədə məlumat verdikləri üçün təşəkkür edib, bundan başqa, sözügedən boşluq nəticəsində zərər dəymiş şəxslərdən üzr istəyib.
 
Şirkət nümayəndələri, həmçinin bildiriblər ki, şirkət səhv haqqında xəbər tutan kimi, dərhal "FaceTime"də qrup zəngləri funksiyasını deaktiv edib  və problemin həlli ilə məşğul olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.