Maraqlı

"Tesla" Çində ucuz "Model 3" satışına başlayır

3 Fevral 2019 19:35
0 Şərh     Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tesla" şirkəti bu gündən etibarən Çində "Model 3" avtomobillərini ucuz qiymətə satacağını elan edib.

Milli.Az insider.az-a istinadən bildirir ki, "Model 3" avtomobillərinin qiyməti 433 min yuandan ( 64,300 dollar) başlayacaq.

Qeyd edək ki, sözügedən avtomobillərin satış qiyməti Çində 499 min yuan idi. Həmçinin şirkət Şanxayda ilkin mərhələdə "Model 3" avtomobillərini istehsal edəcək zavodun tikintisinə başlayıb. Şirkətin bir həftə ərzində 3000 "Model 3" istehsal edəcəyi bildirilir.

Avtomobillərin qiymətinin ucuz olmasına gəlincə isə, ABŞ şirkəti bunu çinli alıcıların büdcəsinə uyğunlaşdırmağa çalışdığını vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.