Maraqlı

Avropa İttifaqında avtomobil satışına dair maraqlı statistik məlumatlar elan edilib

1 Fevral 2019 22:53
0 Şərh     Baxış: 627

Avropa İttifaqında (Aİ) keçən il yeni minik maşınlarının satışı barədə hesabat dərc olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ildə Aİ ölkələrində avtomobil satışının həcmi cəmi 0,1 faiz artıb. Avropa Avtomobil İstehsalçılar Assosiasiyasının hesabatına görə, keçən il dekabr ayında Aİ ölkələrində 998 mindən bir qədər çox avtomobil satılıb. Bu, 2017-ci ilin dekabr ayı üçün olan məlumatla müqayisədə 8,4 faiz azdır.

Almaniya, Fransa və Böyük Britaniyada avtomobil alıcılarının sayı daha çox olub. İri bazarların əksəriyyətində nəticələr xeyli fərqlidir. Məsələn, Fransa və İspaniyada avtomobilə tələbat, müvafiq surətdə 3 faiz və 7 faiz artıb, Böyük Britaniya, İtaliya və Almaniyada isə əksinə, satış azalıb.

Avtomobil istehsalçılarına gəldikdə, dekabr ayının yekunlarına görə, "Renault Group" şirkətinin məhsullarının satışı (illik ifadədə) 16,6 faiz, "Volkswagen" konsernində bu göstərici 8,7 faiz, "PSA Group" qrupunda 5,8 faiz, "Fiat Chrysler" şirkətinin məhsullarına tələbat 2,5 faiz azalıb. "Jeep" markalı avtomobillər isə əvvəlki kimi populyardır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.