Maraqlı

Xiaomi Redmi Go buraxıldı

2 Fevral 2019 08:25
0 Şərh     Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Xiaomi" şirkəti başlanğıc səviyyəli qurğular üçün optimallaşdırılan "Android Go" platforması əsasında ilk smartfon təqdim edib. "Redmi Go" adlı modelin fevralda Avropa və Filippində satışa çıxarılması nəzərdə tutulur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon HD (1280 x 720 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekran, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş, 128 giqabayt tutumlu "microSD" formatlı yaddaş kartları üçün çıxışla təchiz edilib.

Qurğunun aparat əsasını dördnüvəli "Qualcomm Snapdragon 425" prosessoru təşkil edir. Akkumulyator tutumu 3 min milliamper/saata bərabər smartfon "Android 8.1 Oreo Go Edition" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

"Xiaomi Redmi Go" smartfonunun Avropada təxmini qiyməti 80 avro təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.