Maraqlı

Yeni düyməli Nokia internetə qoşulacaq

2 Fevral 2019 08:21
0 Şərh     Baxış: 644

Çinin Telekommunikasiya Avadanlıqlarının Sertifikasiyası Agentliyinin (TENAA) saytında Finlandiyanın "HMD Global" şirkətinin rəsmən təqdim etmədiyi yeni "Nokia" telefonu barədə məlumat dərc edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "TA-1139" nömrəli model internetə çıxışa və kameraya malik adi düyməli telefondur.

Telefon 240 x 320 piksel təsvir ölçülü 2,4 düym diaqonallı TFT ekran, işıqlandırıcıya malik 3 meqapikselli arxa kamera, 8 meqabaytlıq operativ və 16 meqabaytlıq quraşdırılmış yaddaş, 1020 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Adi telefon tam enerji topladıqdan sonra bir həftəyədək işləyə biləcək.

Bundan başqa, yeni qurğuda FM radiosu, MP3 pleyer və 32 giqabayt tutumlu "microSD" formatlı yaddaş kartları üçün çıxış nəzərdə tutulub. Telefonun çəkisi 83,6 qram, ölçüsü 120,8 x 53,49 x 13,82 təşkil edir.

Qırmızı, boz və qara rəng variantlarında təqdim ediləcək yeni "Nokia" telefonunun rəsmi təqdimatı fevralın 25-28-də Barselonada (İspaniya) keçiriləcək "MWC 2019" sərgisində gözlənilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.