Maraqlı

iPhone-larda güclü 3D kamera olacaq

2 Fevral 2019 07:31
0 Şərh     Baxış: 262

ABŞ-ın "Apple" şirkəti 2020-ci ildə daha güclü üçölçülü kameraya malik yeni "iPhone" smartfonu istehsal etmək niyyətindədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, kamera şirkət tərəfindən hazırlanan əlavə reallıq texnologiyalarını təkmilləşdirməyə imkan verəcək.   

Yeni uzaq məsafəli "3D" kamera 15 fut (təxminən 5 metr) məsafədə işləyə biləcək. Hazırda "iPhone" qurğusunda "Apple Face ID" sifətin tanınması funksiyası işə salınan zaman quraşdırılmış "3D" kameralar 25-50 sm məsafədə iş üçün nəzərdə tutulub. Bundan əlavə, yeni qurğunun yaradılmasında lazer skanerindən istifadə ediləcək.

Şirkət yeni "iPhone" modellərində üçüncü - daha güclü kameradan istifadə etmək niyyətindədir. Əvvəllər "Apple" şirkətinin planlarına yeni "3D" kamera sisteminin 2019-cu ildə buraxılan qurğuların arxa panelində quraşdırılması daxil olsa da, sonradan buna yenidən baxılıb.

Bundan başqa, ABŞ istehsalçısı Yaponiyanın "Sony" şirkəti ilə yeni sistem üçün ötürücülərin sınağı haqqında danışıqlar aparır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.