Maraqlı

Homoseksualların qənimi olan bağban etiraf etdi: 8 nəfəri öldürmüşəm...

30 Yanvar 2019 20:24
3 Şərh     Baxış: 1 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Toronto şəhərində yaşayan bağban Bryus Makartur 8 nəfəri qətlə yetirdiyini etiraf edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bağbanın qurbanları Qey-Villic rayonunda, yəni yerli homoseksualların icması yerləşən ərazidə yaşayıblar. Qətl 2010-2017-ci illər arasında törədilib. 67 yaşlı Makarturun ilk qurbanı keçmiş tanışı olub. Sonra isə iki əfqanıstanlı miqrant, Şri-Lankadan olan iki qaçqın, bir nəfər İran, bir nəfər Türkiyə vətəndaşı və bir nəfər də evsiz kanadalı olub.

Qatil bağban 2018-ci ildə həbs edilib. Bu zaman onun evində çarpayıya bağlanmış yeniyetmə aşkar edilib. Polisin məlumatına görə, bağban meyitləri müştərilərinin birinin bağına basdırırmış.

Qeyd edək ki, Makarturu ömürlük həbs cəzası gözləyir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.