Maraqlı

Dubay aeroportu ardıcıl beşinci dəfə beynəlxalq daşımalar üzrə lider olub

30 Yanvar 2019 21:47
0 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubayın beynəlxalq aeroportu (Dubai International, DXB) 2018-ci ildə ardıcıl olaraq beşinci dəfə beynəlxalq sərnişin daşımalarının həcmi üzrə dünyanın lider hava limanı adını qoruyub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Dubai Airports" operator kompaniyasının press-relizində ötən il ərzində Dubay aeroportu vasitəsilə rekord sayda - beynəlxalq səfərlər edən 89,149 milyon sərnişinin daşındığı bildirilir. Bu, əvvəlki ilə nisbətən 1 faiz çoxdur.

Ötən il aeroportun orta aylıq göstəricisi 7,4 milyon sərnişin olub, bununla yanaşı, 8 milyon sərnişin həddi iki dəfə - iyul (8,2 milyon) və avqust aylarında (8,4 milyon) aşılıb. Nəticədə 2018-ci ilin avqustu aeroportun 58 illik tarixində ən yüklənmiş ay olub.

2014-cü ildə "Dubai International" xaricə daşınan sərnişinlərin sayına görə ilk dəfə Londonun "Heathrow" aeroportunu ötərək liderliyə yüksəlib və o vaxtdan etibarən bu göstəriciyə görə liderliyi əlində saxlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.