Maraqlı

Dünyanın uçan, gəzən və maneənin üstündən uçan İLK ROBOTUNUN FOTOLARI

1 Fevral 2019 23:27
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-dakı "Şimali-Şərq" universitetinin mühəndisləri yeni robot icad ediblər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, yeni robot həm havada, həm də quruda əla hərəkət edir. "Leonardo" adlandırılan robot maneəni dəf edir, tarzlığını qoruyur və havaya uça bilir.

Günümüzdə ikiayaqlı robotlar üçün hərəkət zamanı maneə ciddi problemə çevrilir. Bundan başqa robotlar nəyəsə ilişib yıxıla bilər və külək də onu aşıra bilər. Amma "Leonardo" bu problemləri yerə yıxılmaq əvəzinə uçuşla əvəz edir. Robotun hər iki tərəfinə yerləşdirilmiş vint bu işdə ona kömək edir. 

80 sm boyu olan robot iki ayağı ilə hərəkət edir. Çəkisi isə cəmi 2.7 kq-dır. Çəkisinin az olması tamamilə karbondan hazırlanması ilə izah edilir.

Mühərrikləri sayəsində "Leonardo" havaya qalxır, maneənin üstündən uçub keçir və digər tərəfdə asanlıqla yerə enir. Bundan başqa robot yıxılma anında da tarazlığını qoruyur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.