Maraqlı

Heç vaxt dəbdən düşməyən rənglərin MÜKƏMMƏL VƏHDƏTİ - FOTO

10 Fevral 2019 21:15
0 Şərh     Baxış: 1 259

Əgər əvvəllər Azərbaycanda geyim seçərkən insanlar adətən qaraya üstünlük verirdisə, son illərdə bu darıxdıcı ənənə nəhayət ki, yerini müxtəlifliyə və daha əlvan çalarlara təhvil verib.

Milli.Az xəbər verir ki, rəngli geyinmək həm trenddir, həm də ki, əhval-ruhiyyəni 180 dərəcə sözün yaxşı mənasında dəyişərək sevinc və fərəh gətirir. Odur ki, dərinizdə qabıq bağlayan qaralarla vidalaşmağa dəyər. Oxucuları rənglərin uğurlu ahəngləri sayəsində müəyyən kombinlər yaratmağın yolları ilə tanış etmişik.

Tünd mavi + sarı

Tünd mavi moda aləmində neytral rənglərdən biri sayılır, odur ki, qarderobunuzdakı istənilən rənglə uyğun olacağına əmin ola bilərsiniz. Xüsusilə indi populyarlıq dalğasını yaşayan sarı obraza sevinc əlavə edəcək.

Çəhrayı və ya bənövşəyi + qırmızı

Klassik üslubun qaydaları heç zaman dəbdən düşməsə də, bəzən adamı yorur. Stilistlər klassik dəstləri yeni ştrixlər və elementlərlə birləşdirərək öz novator ideyalarını təklif edir. Məsələn, cəsarətli qırmızı tonları ilə çəhrayının vəhdəti çox cəlbedici görünür. Barbinin sevimli çaları - zərif çəhrayı qırmızının şəhvaniyyətini yumşaldır və effektli təsir bağışlayır.

Kobalt + firuzəyi

Çox güman ki, bu iki rəng göyün qammasıdır. Onlar öz aralarında çox yaxşı uzlaşır. Belə ahəng gözlənilməz görünə bilər, amma parlaqlıq qədərindərdir, eyni zaman makiyajı, saç düzümü və bəzək əşyalarını kölgədə buraxmır.

Bej + tutqun göy

Bu vəhdəti risksiz və uğurlu adlandırmaq olaq, müəyyən mənada ağla qaranı əvəz edir, amma tamamilə deyil. Onların birləşməsi həm bahalı, həm ciddi, həm işgüzar, həm də sadəcə nəfis və çox şıq görünür.

Narıncı + çəhrayı

Hər ikisi bir neçə ay sonra yaxınlaşan günəşli yaz günləri və çiçəklənən bağları yada salır. Birlikdə isə onlar qürubun möhtəşəm çalarını formalaşdırır. Əmin ola bilərsiniz ki, heç kim üzərinizdən baxışlarını çəkə bilməyəcək.

Çəhrayı + boz

Əgər hər iki rəngin ən parlaq çalarını uyğunlaşdırsanız, bu, dünyanın ən zərif ahəngi olacaq.

Tüng göy + qara

Mühafizəkar nənəniz qəzəblənə bilər, çünki bu bənddə XX əsrin əsas qadağalarından birini pozuruq: keçmişdə belə hesab olunurdu ki, göy ilə qaranı birlikdə birlikdə istifadə etmək olmaz. Halbuki bu rənglər birlikdə daha dərin təsir bağışlayır və başdan-ayağa qaraya bürünəndə olduğu kimi çox qaramat görünmür.

İsti kərpic + tünd göy

Supermen kostyumunun layiqli birləşməsi! Əgər bütün maneələri baxışlarınızla və gücünüzlə yararaq birbaşa məqsədinizə doğru irəliləyirsinizsə, çox güman ki, belə bir nümunə sizin üçün çox əlverişlidir. Odur ki, gücünüzü artıran göy il narıncı vəhdətinə dırnaqarası baxmayın.

Şokolad + xardal

Əgər ofisə qara və ya boz şalvar geyinməkdən bezmisinizsə, şokolad rəngli modellərə müraciət edin. Bu iki rəng daha az ciddi görünür, amma əvəzində vəhdət daha maraqlı alınır. Əgər işdə geyim qaydaları çox sərtdirsə, xardalı rəngi ağ ilə dəyişə bilərsiniz. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.