Maraqlı

DÜŞMƏN BÜRCLƏRİN bir-birinə nifrət etməsinin GİZLİ SİRLƏRİ

10 Fevral 2019 21:00
53 Şərh     Baxış: 3 802

Zodiak işarələrinin uyğunlaşmasını öyrənən münəccimlər bir-biri ilə yola getməyən düşmən bürclərin siyahısını hazırlayıb.

Milli.Az oxucuları astroloqların hazırladığı siyahı ilə tanış edir. Onlar düşmən bürclərə bir-biri ilə ünsiyyətdən mümkün qədər uzaq durmağı tövsiyə edib.

Qoç

Bu bürcün nümayəndələri sıxıcı və darıxdırıcı insanlardan nifrət edir. Qoçlar ulduz falı üzrə enerji dolu və gülərüzlüdür. Odur ki, Qoçlar passiv, süst və tənbəl insanlarla ünsiyyət qura bilmir. Qoçlar Əkizlərlə tez-tez münaqişəyə girir. Onların düşmənçiliyi Əkizlərin depressiv meyllərinə əsaslanır.

Buğa

Buğalar çox ciddi, güzəştə getməyən və məsuliyyətli insanlara dözə bilmir. Onlar insanlarda xeyirxahlıq və qayğıkeşlik kimi insani keyfiyyətləri yüksək qiymətləndirir. Bu baxımdan Buğalar Oğlaqlarla adətən yola getmir. Buğalar hesab edir ki, Oğlaqlar üçün pul birinci yerdə dayanır, acgözlük və hərislik onların gözünü bağlayıb...

Əkizlər

Əkizlər gülərüz, narahat və vurnuxan insanlardır, onlar asanlıqla heç nədən depressiv vəziyyətə düşə bilərlər. Bu bürcün nümayəndələri qəmgin və sakit insanlardan uzaq durmağa çalışır. Tipik Əkizlər üçün qaramat və darıxdırıcı Balıqlara alışmaq çox ağırdır.

Xərçəng

Həddindən artıq təmkinli Xərçənglər bir qayda olaraq məsafəli davranmağa üstünlük verir, sakit vaxt keçirməyi və həyatın monoton ritmini sevirlər. Onlar heç vaxt heç yerə tələsmir. Odur ki, onlar üçün birnömrəli düşmən Əqrəblərdir. Təlaşlı, canlı, dram dolu Əqrəbləri və həddindən artıq aktiv şəxsiyyətləri Xərçənglər sevmir.

Şir

Özünəgüvən Şirlərdə çox yüksəkdir. Müstəqil, cəsarətli və lider olmağı sevən Şirlərin özü kimilərini görməyə gözü yoxdur. Çünki Şir bürcləri hesab edir ki, bu dünyada kral olmağa ən layiqli namizəd onlardır. Odur ki, ən az onlar qədər özünəinamlı və özü haqqında yüksək fikirdə olan Qız bürcləri əsas düşmənləridir.

Qız

Qız bürclərinin bütün əşyaları hər zaman yerində olmalıdır. Bu, hər şeyə aiddir. Onlar ən çox əşyaların və fikirlərin xaosundan qorxur. Belə adamlar əsəb keçirməmək və depressiyaya düşməmək üçün istənilən səliqəsizlikdən qaçmağa çalışır. Bu baxımdan Qız bürcləri hər yerdə qarmaqarışılıq yaradan Dolçalara nifrət edir.

Tərəzi

Tərəzilər hər yerə sükunət və harmoniyanı yayır. Onlar xoş xasiyyətli və sülhsevər şəxsiyyətə sahibdir. Bu bürcün nümayəndəsi onlara əmr verməyə çalışanlara dözmür. Xüsusilə də onlara səsini ucaldan insanlara nifətlə yanaşırlar. Bu baxımdan Tərəzi ilə Qoç dost ola bilmir. Qoç çox impulsiv və hökmran bir bürcdür, onu göstərdiyi təzyiqdən dolayı tanka bənzədirlər. Və Tərəzi bütün bunlara dözmür.

Əqrəb

Bu bürclər bəzən çox sakit və səssiz görünür. Əslində isə Əqrəblər amansız, qəddar və sərt insanlardır. Əqrəblər xəyalpərəstlər Dolçalara nifrət edir. Onlar üçün Dolça bürcləri son dərəcə darıxdırıcıdır və ümumiyyətlə bu dünyadan deyil. Əqrəb heç vaxt Dolça ilə dost ola bilməz, bu, dəqiqdir.

Oxatan

Oxatanlar özünəinam, enerji və güclə doludur. Bu insanlar dünyanın ən uğurlu adamları siyahısında liderlik edirlər. Oxatan bürcü zərərsiz düşməndir. Bu bürc onları incidənlərə uzun müddət incik qala bilmir. Həm şəxsi, həm də iş həyatında onları bir qayda olaraq müvəffəəqiyyət gözləyir. Ümumiyyətlə, Oxatanlar bütün bürclər arasında çox hörmətli personadır və demək olar ki, düşmənləri yoxdur.

Oğlaq

Oğlaq yorulmazdır və demək olar ki, heç vaxt yorğun olmur. Onlar heç vaxt bir yerdə dayanmır və həmişə yalnız irəli gedirlər. Odur ki, onlar aktiv həyat sevməyən və evdə qalmağı üstün tutan cansıxıcı insanlara nifrət edir. Oğlaqın başlıca düşməni Xərçəngdir.

Dolça

Dəyişkənlik və novatorluq Dolçalara məxsusdur. Onlar çox hövsələsizdir, hər yeniliyi sınaqdan keçirməyi və hər şeylə maraqlanmağı sevirlər. Onlar köhnə fikirləri müdafiə edən "qatı mühafizəkar" insanlara nifrət edir. Dolça bürcləri hər işini planlayan insanları görəndə təlaşa qapılır. Bu bürcün bir nömrəli düşməni Buğadır.

Balıq

Balıq bürcləri həddən artıq tez yaralanan, tez küsən, çox zəif və sakit bürcdür. Sakitliyi sevən Balıqlar əyləncəli, səs-küylü və səadət dolu Oxatana dözmür. Əslində Balıq bürcləri Oxatanların bu xüsusiyyətlərinə qısqanclıqla yanaşır. Axı onlar üçün yeni biri tanış olmaq çətindir, çünki Balıqlar sakit və rahat dünyasını pozmaqdan çox qorxur.

Göründüyü kimi düşmənçilik duyğuları astroloji döyüş meydanıdır. Qısqanclıq, qəzəb və həqarətin təsirlərinə məruz qalmamaq üçün bürcünüzün düşmənlərindən qaçın. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

53 Şərh:

  • Anonim
    Əsranur · 10 Fevral 21:0462

    Əqrəb??Deməli,ya ita viju,qurda viju,skorpiona ne viju????:))))

    Cavab yaz
  • Anonim
    Samire · 10 Fevral 21:1811

    Eslinde oğlaq terezi ile heç yola getmir. Hamısını deye bilmerem,amma ekseriyyeti eledir.Tanıdıqlarımdan bilirem...

    Cavab yaz
    • Anonim
      Arzu · 10 Fevral 21:4021

      Bos sozlerdı

      Cavab yaz
      • Anonim
        Nn · 10 Fevral 23:1100

        Bürclərə inanmıram ama burda konkret duz dedi terezi qoclarla hecc uygun deyil tam eks burclerdi.ozum tereziyem heyatda yegane qoc burcu olan hec bir insanla uygun deyilem hec sevmirem qoclari menasiz yersiz hedden yuksek eqolarina gore.

        Cavab yaz
  • Anonim
    PRiNS · 10 Fevral 21:2641

    Ekizler ve Oxatan antipod bürcdür. Zira men özüm de Oxatan qadına gürze gözüyle baxıram))

    Cavab yaz
  • Anonim
    ~~~ · 10 Fevral 21:3821

    Bir oğlaq kimi ən çox sevdiyim 3 burc arasında xərçənglər var.Ürəyimə yaxın hiss edirəm onları.

    Cavab yaz
    • Anonim
      Əsranur · 10 Fevral 21:5912

      Qulluğunda hazıram:))))

      Cavab yaz
      • Anonim
        ~~~ · 11 Fevral 00:2100

        :))Sizdəki xərçənglərə xas olan o istiliyi hiss etmişəm Əsranur xanım.

        Cavab yaz
        • Anonim
          Əsranur · 11 Fevral 10:1100

          :)))Mən bilmədim siz hansı bürcsünüz,amma,mən də o istiliyi sizdə hiss edirəm.

          Cavab yaz
          • Anonim
            ~~~ · 11 Fevral 11:0700

            Yuxarıda yazmışam,oğlaq bürcü)

            Cavab yaz
            • Anonim
              Əsranur · 11 Fevral 12:2900

              Aaaa,mənim qızımla oğlum da oğlaqdır.Yola gedirik.Sənin şərhini oxudum,necə olub ki oğlaq sözünü qaçırtmışam?:)))))

          • Anonim
            ~~~ · 11 Fevral 14:1500

            Canınız sağ olsun)

            Cavab yaz
  • Anonim
    ALYaSkA · 10 Fevral 21:5454

    Dolcalarin minneti olsun ele ))) Buga burcu de plansiz yasayanlari sevmir..Sevmediyim tek burc Qocdu.

    Cavab yaz
    • Anonim
      Robert · 11 Fevral 02:3431

      Yalandı inanma.Men dolça bürcuyem qiz buğa bürcünnendə əla yola gedirəm insanın bürcünün kiminle yaxınlığına təsirinə inanmıram bu individual olan necə yaxınlıqdan hansi cinsden asılı olan bir şeylərdi.

      Cavab yaz
  • Anonim
    Papatya · 10 Fevral 22:1221

    Qəti uzaqdan yaxindan əlaqəsi yoxdur ne o xususiyyetlerle, ne de duşmeni ile...

    Cavab yaz
    • Anonim
      ~~~ · 11 Fevral 00:3932

      Dolçaları bütün bürclərin müdrik ağsaqqalı kimi bilirəm)Bir problem olduqda,məsləhətə,nəsihətə ehtiyac olduqda ən doğru seçim sakitləşdirici,güvənverici uzaqgörən dolçalar.

      Cavab yaz
      • Anonim
        Papatya · 11 Fevral 09:2700

        Evimizin içindekilerden başqa vallah bilmemişem kim hansi burcdu etrafimda, mektebde de, qrupda cox yaxin hiss etdiklerim vardi. Heç aglima gelib soruşmamişam. İndi indi maraqli gelmeye başlayib. Əhəmiyyət vermemişem. Meselen şir burcu insani tanimişam xosum gelmeyibse, o demek deyil ki, butun şirlere eyni munasibeti gosterib uzaq durmaliyam) dolçalar ise he, oz burcumun insanlari coxdu etrafimda, yaxinimda hamisi ile munasibet cox gozeldi) baliq burcuden olanlar da yaxindi. Artiq oğlaqlar da)

        Cavab yaz
        • Anonim
          ~~~ · 11 Fevral 11:0510

          Mənsə əvvəllər bürclərə çox inanırdım.21 yaşıma qədər.Sonradan mənasız gəldi.Sadəcə bürclərə özəl xarakterlər haqqında oxuyuram.Gündəlik,aylıq bürcümdə nə yazılıb heç baxmıram da.İnanmıram çünki.

          Cavab yaz
          • Anonim
            Papatya · 11 Fevral 11:2700

            Mende tersine işleyir, is işden kecende sonra bilirem) gundelik burcleri ise yadima gelmir ki, ne vaxtsa oxuyam. Amma duz deyirsen xarakteristik xususiyyetler maraqlidi)

            Cavab yaz
  • Anonim
    $$$. · 10 Fevral 22:1312

    Həqiqətən oxatanlar cox hörmətli və lider insanlardır.

    Cavab yaz
    • Anonim
      ~~~ · 11 Fevral 00:4321

      Həm də çox ciddi.Amma ciddilikləri çox sərt deyil.Yəni qədərində.Hətta xoşagələn.Ən anlaşılmaz duyğular yaşadığım bürc.Sevirəmmi sevmirəmmi,yaxınmı uzaqmı deyə məni özü haqqında çaş salan bürc.

      Cavab yaz
      • Anonim
        Papatya · 11 Fevral 09:3410

        Həm de şən, bəzən sərt ciddi de ola bilirler. Amma qətiyyən kinli deyiller, bunu əminliklə deye bilerem.Ən yaxin birinden)@ tam 4×4luk uymasa da, her halda, hardasa uyğunluq ola bilir)

        Cavab yaz
  • Anonim
    orxideya · 10 Fevral 22:3101

    Özüm oxatanam, əqrəb və baliq bürcündən olan insanlar ilə heç yola getmirəm.

    Cavab yaz
    • Anonim
      Əsranur · 10 Fevral 22:5300

      Xərçəngi də qoş böyrünə:))))Mənə ox yox,ancaq söz ata bilərsən.Ona da həvəsim olar cavab verərəm,olmaz vermərəm,canişkom:))))

      Cavab yaz
      • Anonim
        orxideya · 10 Fevral 23:4500

        Elə sən də susan. Od sunu, su odu sevməz)))

        Cavab yaz
        • Anonim
          Əsranur · 11 Fevral 00:1610

          Su odu söndürər,od suya heç nə eləməz:))))

          Cavab yaz
          • Anonim
            orxideya · 11 Fevral 10:4100

            Zodiak bürclərində ən zəif xarakterli insanlar su ünsürlü bürclərdir və su ünsürünün də ən zəif bürcü xərçəngdir.

            Cavab yaz
          • Anonim
            orxideya · 11 Fevral 10:5100

            Xərçəngin ən zəif cəhəti daim kiminsə dəstəyinə ehtiyac olmasi, küsəyənliyi, depressiyaya meylliliyidir. Bunu bil. Oxatan isə ən müstəqil bürcdür.

            Cavab yaz
            • Anonim
              Əsranur · 11 Fevral 12:2600

              :)))))))))Bunu sənin qoroskopun deyər.Sən Əjdaha ilinin xərçəngindən danış.Saydıqların heç biri mənə aid deyil.Küsəyən xarakterimi haçan görmüsən mənim??Hər yerdə arxamca düşüb zəhərini tökürsən.Küsürəm???Əksinə,mən də səni görən kimi atdığın oxa,pulemyotla cavab verirəm.Bu belə.Keçdik depressiyaya-hamının həyatında çətinlik olur.Mən bu çətinliyi təmkinlə yola verirəm.Yoldaşımdan başqa heç kimin dəstəyinə ehtiyacım yoxdur,olmayıb da.Bundan sonra olarsa da,o qürur ki məndə var,ölərəm kiməsə nədəsə ağız açmaram.Ümumiyyətlə,başını bürclərlə aldadan adamlara ürəyim ağrayır.Ona qalsa,xərçəng bürcünün qadınları ən gözəl qadınlar hesab olunur ki,bu gözəllik də o biri çatışmazlıqları ört-basdır edir.Can, öpürəm,özünü mənimlə incidib,kitayskiy bürc kitablarını vərəqləmə.Dur,günortaya yemək bişir:))))))))))

  • Anonim
    Xanim · 10 Fevral 23:1930

    Qeybi bilmek yalniz Allaha mexsusdur!!

    Cavab yaz
    • Anonim
      Qürbətdən · 11 Fevral 14:1700

      Əsra səndə xərcəng bürcüsəmiş nə təhər yadimdan cixib.bizdə bacimda xərcəngdi,əksinə depresseyini yaxina buraxmayan,şən,küsəyən olmayan,deyərdim bütün yaxşi xasiyyətlər onda cəmlənib Əsranur kimi.Orxideya deyəsən necə görmək istəyir elə təsvir edib xərcəngi.Bizim evdə iki dolca var,tamam basqa xasiyyətdəyik yola getsəkdə.Bürclərə isə inanmiram,elə belə arada maraqli şərh olanda oxuyuram.Əsra capcapa gəl haralardasan?

      Cavab yaz
      • Anonim
        Əsranur · 11 Fevral 15:0700

        :))))))))Bilirəm,canikom.Orxideya ancaq özündə olan kitabdan oxuyur.Gəlirəm:)))

        Cavab yaz
        • Anonim
          orxideya · 11 Fevral 15:1500

          Yaxşi, səndə olan kitablardan oxatan haqqinda da oxu, sonra xərçənglə müqayisə et)))

          Cavab yaz
          • Anonim
            Əsranur · 11 Fevral 15:4300

            Oxudum.Gör nə deyireee..Deyir ki,Xərçəng-- Oxatanın olmaq istədiyi,amma,ola bilmədiyi və buna görə də Xərçəngə üzdə nifrət,amma,daxildə isə heyranlıq duydiğu bürcdür.Akka canı,lap elə belə də yazılıb,mehriban düşmən:)))))Sən canın,həqiqətən də belə vozdux şeylərə inanırsan??Hər bir insanın formalaşmasında yaşadığı-böyüdüyü mühit,ailəsi,taleyi rol oynayır.Heç vaxt nisyə söhbətlərlə təskinlik tapmadım.Uğurlar:))

            Cavab yaz
            • Anonim
              orxideya · 11 Fevral 15:5600

              Hərdən-birdən səndən ağilli söz çixir. Əlbətdə bürclərə köklənmək yaxşi şey deyil. Səni cırnatmaq istəyirdim, o da alindi.)))) Taleyə, alin yazisina inanmaq da absurddur.

            • Anonim
              Əsranur · 11 Fevral 16:3210

              :))))))Cırnatmaq eee...Kefin olsun sənin.Yenə də mənim arada ağıllı sözüm çıxır.Səndən çıxan ağıllı fikri gözləməkdən,gözümün kökü saraldı,kızz.Hadi,bi sevindir beni,bekliyorum:)))))

            • Anonim
              orxideya · 11 Fevral 18:0910

              Bayaq bir cümlə oxudum. Yaziram, oxu:- " Əjdaha ilində doğulan xəyalpərəst xərçəng yalniz xəyallarinda əjdaha olur" Bunu mən demirəm)))

            • Anonim
              Əsranur · 11 Fevral 20:5600

              Cümləni düzəldim-Əjdaha ilində doğulan xəyalpərəst xərçəng yalniz xəyallarinda və özünü böyük bir şey hesab edən xırda oxatanların gözünə Əjdaha kimi görünür.Çünki,Əjdahanı görən kimi ox atmağa başlayırlar.Oxatanlar özləri Ox atan vajnı persona deyil,ancaq oxatan kirpi ola bilirlər.Bunu da mən oxudum:))))

  • Anonim
    asi · 10 Fevral 23:2512

    Tərəzi haqqında düzdü).. Mənə səsini ucaldan, əmr vermək istəyən insanlara nifrətim yaranır)..Amma heç fikir verməmişəm hansı bürclə daha yaxşı münasibətim olur). Mişonkam oğlaq bürcüdü, onunla yaxşı anlayırıq bir birimizi, yəqin oğlaqla anlaşır bürcüm..Qız bürcləri ilə tez-tez sözlərimiz tutmur)).. ətrafımda 3-ü var, 3 ilə də çox şeydə razılaşa bilmirəm..

    Cavab yaz
    • Anonim
      Əsranur · 10 Fevral 23:3414

      Sən də xərçəngi qoş böyrünə.Amma,yola gedənlər siyahısına,bir deyilənə 5 cavab verənlər qrupuna:))))

      Cavab yaz
    • Anonim
      Xərçəng · 10 Fevral 23:3658

      Ən yaxşı bürc xərçəngdi, Əsranur xaric)

      Cavab yaz
      • Anonim
        Əsranur · 11 Fevral 00:1822

        Özünə təsəlli ver:)))

        Cavab yaz
      • Anonim
        Xərçəng · 11 Fevral 00:2102

        Zarafata bir şərh yazdım,Əsranurun bədhaxları hamısı like verdi fürsət bilib)

        Cavab yaz
      • Anonim
        Çayxor · 11 Fevral 00:4401

        Men şir bürcüyem,evdeki xerçengdi heleki yola gedirik.ama en beyendiyim,heyatda dostluq etdiyim insanların çoxu eqrebdi.fikir vetmişem super anlaşıram olarla,birde oxatanla.çox vaxt fikirlerimizde üst üste düşür

        Cavab yaz
    • Anonim
      Oğlaq · 10 Fevral 23:5411

      Deyirəm də, nə vaxt şərh yazmışam, müsbət rəy bildirmisən. Vabşe to , yazılanlarda həqiqət var

      Cavab yaz
      • Anonim
        asi · 11 Fevral 10:2900

        Heç olmaya adını da yazaydın, biləydim kimdi müsbət rəy yazdığım)..

        Cavab yaz
    • Anonim
      ~~~ · 11 Fevral 00:2511

      Razıyam.Bürclər içində ən axırıncı sevdiklərim tərəzilərdi o da insanlıq naminə)asinin gözündən iraq)

      Cavab yaz
      • Anonim
        ~~~ · 11 Fevral 10:5000

        Yuxarıda Samirəyə yazdığım cavab gəlib asiyə düşüb.Mən də guya asi görməsin deyirdim)

        Cavab yaz
  • Anonim
    Bürclər · 11 Fevral 00:0710

    Şir bürcüyəm bütün bürclərlə yola gedirəm bir balıqdan əqrəbdən başqa. Onların dili zəhər olur. Həmdə çox soyuq olurlar hər şeyə aqressiv reaksiya verirlər. Kim belə bürclə qarşılaşıbsa Allah səbr versin:)))

    Cavab yaz
  • Anonim
    Romik · 11 Fevral 03:2010

    Hansisa burc Hansisa burcden ustun ola bilmez, bu cehaletdi. Yazarlar hansi burcendirse onu da terifliyir

    Cavab yaz
    • Anonim
      ~~~ · 11 Fevral 11:1100

      Hamı bunu yaxşı bilir.Əksər tanıdıqlarımıza əsasən deyirik filan bürclərlə yola gedirik ya yox yarızarafat yarıgerçək.Sözsüz,eyni bürcün nümayəndələri hamısı ya yaxşı ya pis ola bilməz.

      Cavab yaz
  • Anonim
    Dilber · 11 Fevral 08:4910

    Oxatanlar ela ve duzgun yazilib)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.