Maraqlı

"Maserati" 4336 avtomobili geri çağırır

28 Yanvar 2019 22:23
0 Şərh     Baxış: 510

İtaliyanın lüks avtomobil istehsalçısı "Maserati" Çin bazarında satdığı 4336 nəqliyyat vasitəsini yanacaq borularındakı qüsurlara görə geri çağırmağa başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Bildirilir ki, geri çağırılan avtomobillər 2013-2017-ci illərdə istehsal olunmuş "Quattroporte" və 2013-2015-ci illərdə buraxılan "Ghibli" modelləridir.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərin yanacaq borularındakı qüsurların alışma ilə nəticələnə biləcək benzin sızmasına səbəb olacağını düşünürlər. İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.