Maraqlı

"Diriliş Ərtoğrul"la bağlı şok iddia: Engin serialdan ayrılır?

27 Yanvar 2019 12:52
4 Şərh     Baxış: 2 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin TRT-1 kanalında yayımlanan "Diriliş Ərtoğrul" serialına Osman qazi rolu üçün Burak Özçivitin gəlməsi xəbərindən sonra Engin Altan Düzyatanın serialdan ayrılacağı ilə bağlı iddialar irəli sürülüb.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb.

Məlumata görə, Burak Özçivit artıq Osman qazi rolu üçün təlimlərə başlayıb və serialın finalından sonra Osmanlının qurulması illərindən bəhs edən bölümlərdə Özçivit baş rolu canlandıracaq. Filmdə Engin Altan Düzyatanın canlandırdığı Ərtoğrul bəyin isə serialda daha iştirak etməyəcəyi barədə iddialar səsləndirilir.

Qeyd edək ki, serialın yeni bölümü yanvarın 30-da yayımlanacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.