Maraqlı

Gmail-də yenilik var

29 Yanvar 2019 08:35
0 Şərh     Baxış: 988

"Google" şirkəti "Gmail" elektron poçt xidmətində yeni funksionallıq təqdim edəcək. Sözügedən poçt xidmətində silinmiş mətn, qaytar (son hərəkəti geri qaytarır) və qabağa düymələri, həmçinin məktubların yüklənməsi əlçatan olacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu düymələr məktub yazma pəncərəsindəki alətlər panelində əlçatandır. Qaytar/qabağa düymələri alətlər panelinin sol tərəfi, silinmiş mətn üçün S düyməsi sağ tərəfdə yerləşir.
 
Məktubun sağ yuxarı küncündə yerləşən 3 şaquli nöqtəyə sıxmaqla məktubu yükləmək mümkündür. Məktub .EML formatında yüklənilir və bu format bir çox başqa poçt xidmətləri və kliyentlər tərəfindən dəstəklənir.
 
Bütün bu yeniliklər bir neçə gün ərzində "Gmail" xidmətinin istifadəçiləri üçün əlçatan olacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.