Maraqlı

Papua Yeni Qvineyanın adamyeyən qəbiləsi - FOTO

23 Yanvar 2019 20:59
3 Şərh     Baxış: 2 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə il əvvəl Korovai qəbiləsinin aborigenləri dünyada onlardan başqa insanların olduğunu bilmirdilər.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, qəbilənin ərazisinə girməyə cəhd edən yadellilər qətlə yetirilir, ətləri yeyilirdi. Korovai qəbiləsi ətraf aləmlə əlaqəyə girmək istəmirdi.

Ağaclarda yaşayan bu vəhşilər qonaq xoşlamırlar.

Korovailər evlərini 10-50 metr hündürlüyü olan ağaclarda tikirlər. Onlar özlərini bu yolla şər qüvvələrdən, vəhşi heyvanlardan və qonşu qəbilələrdən qoruyurlar.

Hər evin içində kişilər və qadınlarla uşaqlar üçün nəzərdə tutulmuş iki hissə var. Korovailərdə çoxarvadlılıq dəbdə olduğu üçün bir evdə bir neçə qadın üçün nəzərdə tutulmuş otaq ola bilər.

Qəbilə üzvləri əsasən ağacdan alınan unla qidalanırlar. Kişilər ova çıxır, sevimli qidaları isə yeganə protein mənbəyi sayılan həşəratlardır.
Ovçular  daş və sümük ucluqla təchiz edilən nizə və oxla silahlanırlar. Bu qəbilə üzvləri metalın kəşfindən xəbərsizdirlər.

Təsərrüfatda da sümükdən hazırlanan bıçaqdan istifadə edirlər. Korovailər arasında orta yaş dövrü 30 yaşdır. Qadınlar kişilərə nisbətən daha az yaşayırlar.

Aborigenlər arasında boş vaxtlarında tütün çəkmək adəti var. Uşaqlar bu vərdişə 5-6 yaşlarından başlayırlar.

Qəbilədə döyüşçülərin və hörmətli yaşlıların meyitlərini mumiyalaşdırırlar. Dİgərlərinin meyitini isə palma yarpağına bükərək meşəyə aparırlar. Burada da vəhşi heyvanlar meyitləri parçalayıb yeyirlər...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.