Maraqlı

Dünyanın ən seksual modeli bədənini formada saxlamaq üçün nə edir?

23 Yanvar 2019 21:54
0 Şərh     Baxış: 2 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən seksual modeli seçilən Emili Ratakovski ilk dəfə olaraq qüsursuz bədənini formada saxlamağın yollarından danışıb.

Milli.Az xəbər verir ki, çılpaq fotoları ilə instaqramda rekord qıran model özünəməxsus qidalanma sayəsində ideal qarın və ombalarını qoruyur. Parlaq dərisi isə onun metabolizminin yaxşı işləməsindən xəbər verir.

Emili Amerikanın "Elle" qadın jurnalına verdiyi müsahibədə səhərini qəhvə və kiçik kruassanla açmağa adət etdiyini deyib. Super model hesab edir ki, özünü desertdən məhdudlaşdırmağa dəyməz, şirniyyat üçün ən ideal vaxt səhərdir:

"Kruassan və kişmişi çox sevirəm. Odur ki, səhəri qara qəhvə və kökə ilə açıram. Çoxlu çipsi və konfet yeyən insanlardan deyiləm, ancaq səhər yeməyində şirniyyatı özümə icazə verirəm".

27 yaşlı məşhur naharda bir qayda olaraq tərəvəzli salat və steyk yeyir. Emilinin sözlərinə görə, gününü ətsiz təsəvvür etmir. Bu səbəbdən də özünü ətdən məhrum etmir.

"Bədənim hər gün dəmirə ehtiyac duyur. Bunun üçün naharda sulu steyk və salat yeyirəm. Özümü ətdən məhrum etməkdə heç bir məna görmürəm. Təmiz zülal və dəmir - gözəl bədən quruluşu və sağlamlığın açarıdır".

Lakin şam yeməyindən Emili həmişə imtina etməyə çalışır. Ulduzun sözlərinə görə, axşam saat altıdan sonra o, dostları ilə görüşməyi planlaşdırır, tərəvəz şorbaları ilə qidalanır. Aydındır ki, şam yeməyindən imtina ona ideal formasını saxlamağa və qüsursuz görünməyə kömək edir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.