Maraqlı

Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır

23 Yanvar 2019 23:49
1 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada baş verən vətəndaş müharibəsinin nəticəsində qaçqın düşən Yasin Taru ABŞ-ın Tennesi ştatına pənah gətirərək burada restoran açıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-da Prezident ilə Konqres arasında baş verən ixtilafa görə hökumətin fəaliyyəti dayandırılıb və dövlət qulluqçuları işləmədiklərinə görə əməkhaqqından məhrum ediliblər.

Tennesi ştatının dövlət qulluqçularının ağır vəziyyətini görən Yasin Taru onlara pulsuz yemək vermək qərarına gəlib. Bu məsələ ABŞ-ın sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. BBC kanalı isə restorandan reportaj da hazırlayaraq efirə verib. Reportajda aydın görünür ki, dövlət qulluqçuları pulsuz yemək almaq üçün uzun növbəyə dayanıblar.

Sosial şəbəkələrdə bunun ABŞ üçün utanverici olduğu bildirilir. Nəzərə çatdırılır ki, ABŞ Prezidenti Donald Trampın müsəlman ölkələrindən olan mühacirləri ölkədən çıxarmaq istədiyi bir zamanda suriyalı qaçqının bu addımı Amerikanın nüfuzuna ciddi zərbə vurur. Lakin Y.Tarunun məqsədi heç də ABŞ-ın nüfuzuna zərbə vurmaq deyil. Siyasətdən çox uzaq olan suriyalı qaçqın dövlət qulluqçularının maaşsız qalmalarının səbəbini də bilmir. O, bu addımı, sadəcə olaraq, humanist prinsiplərə əsaslanaraq atır.

Xatırladaq ki, ABŞ Prezidentini Meksika ilə sərhədə divar tikmək planı Konqres tərəfindən dəstəklənmir. Konqres Prezidentin planını mənasız hesab etdiyi üçün onu maliyyələşdirmir. Buna görə də hökumət öz fəaliyyətini dondurub. Dövlət qulluqçuları isə öz hesablarına məzuniyyətə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.