Maraqlı

Türkiyəli məşhurların bilinməyən xəstəlikləri - FOTO

23 Yanvar 2019 12:36
0 Şərh     Baxış: 3 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekranlarda gördüyümüz məşhurların da özlərinə görə problemi var. Onlardan bəzisi oxumaqda çətinlik çəkir, bəzisi başı gicəlləndiyi üçün çəkilişi ertələyir.

Milli.Az ölkə.az-a istinadla oxucularına məşhurların heç bilinməyən xəstəliklərinin siyahısını təqdim edir.

Əsli Ənvər

Əsli Ənvər oxumaqda çətinlik çəkir və bu səbəbdən disleksiya xəstəliyindən əziyyət çəkir. Normal bir insanın yarım saata oxuduğu mətni Əsli 5 saata oxuyur. Disleksiya insanın normal və ya yaxşı intellekt səviyyəsinə sahib olmasına rəğmən, oxumaq, yazmaq və dil qabiliyyətlərində problem yaşamasına səbəb olan xəstəlikdir.

Sərtab Ərənər

Sərtab 11 yaşından bir bağırsaq xəstəliyinə yoluxub. 1995-ci ildə qalın bağırsağını kəsdirərək sağlamlığına qovuşub.

Tuba Ünsal

Tuba FMF xəstəliyindən əziyyət çəkdiyi üçün tez-tez qarın ağrısı, təngnəfəslik və yüksək hərarət şikayətləri ilə həkimə müraciət edirdi. Uzun müddət davam edən müalicədən sonra sağlamlığına qovuşub.

Bensu Soral

16 yaşı olanda atasının "çəkinə nəzarət et" xəbərdarlığından çox inciyən Bensu ağır bir pəhrizə başlayıb. Pəhriz zamanı dəfələrlə ürəyi gedən Soral xəstəxanaya yerləşdirilib və epilepsiya diaqnozu qoyulub.

Sonradan isə bu diaqnozun səhv olduğu üzə çıxıb. Bensu deyir: 
"Həkimin diaqnozu səhv imiş. Epilepsiya xəstəsi deyiləm. Ürəyimdə ciddi təhlükəsi olmayan amma ömrü boyu davam edəcək bir problem var. Pəhriz isə bunu üzə çıxarıb. Həyəcan və nəbzi yüksəldən idmanlar mənə qadağan edilib. Mən də buna görə yaşayıram".

Beren Saat
Son dövrlər "Netflix"lə müqavilə imzalaması ilə gündəmə düşən Beren dırnaq yemək xəstəliyindən əziyyət çəkib. Dərman müalicəsi ilə bu vərdişini tərgidib.

Beyazıt Öztürk

49 yaşlı komediya ustası badamcıqlarından şikayət edir. Soyuq qidalar qəbul edə bilməyən Beyazıt tez-tez həkimə müraciət edir.

Kıvanç Tatlıtuğ

Məşhur aktyor yuxu apnesi xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik xoruldama və yuxuda nəfəsalma probleminə səbəb olur. Uzun müalicədən sonra xəstəliyə qalib gəlib.

Gökhan Özoğuz

"Athena" qrupu ilə məşhurlaşan Gökhan Vertiqo xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə görə "O səs Türkiyə" müsabiqəsindəki çəkilişlərdə iştirak edə bilmədi. Bu xəstəlik baş gicəllənməsi, qulaq cingiltisi, ürəkbulanması, qusmaq kimi problemlərə səbəb olur.

Sezen Aksu

Sezen Aksu panik hücum xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik beynimizdə bizi yaşamağa sövq edən və hücumlardan qoruyan həyəcan siqnalı mərkəzinin pozulmasıdır.

Defne Samyeli

Defne Samyeli 2000-ci ildə uşaqlıq yolu xərçənginə yoluxub. Əməliyyat zamanı Nyu-Yorkda qalan məşhur model Türkiyəyə sağlam qayıdıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.