Maraqlı

Sirli "X Planeti" haqqında alimlərdən YENİ AÇIQLAMA

23 Yanvar 2019 22:13
0 Şərh     Baxış: 1 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sirli "X Planeti barədə "Astronomical Journal" jurnalında yeni məqalə dərc edilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, alimlərin qənaətinə görə, "X Planet"i qaz nəhəngi ola bilməz. Ehtimal edilir ki, bir çox koment və cırtdan planetdən ibarət halqa və ya bulud toplusudur.

2016-cı ilin yanvar ayında iki məşhur planetoloq Maykl Braun və Konstantin Batıqin bəyan etdilər ki, Günəş Sisteminin doqquzuncu planeti sayılan sirli "X Planet"inin yerini müəyyən ediblər. Məlum olub ki, planet Günəşdən 41 milyard kilometr uzaqda yerləşir və çəkisinə görə Yer planetindən 10 dəfə ağırdır.

Günəşdən uzaq olduğu üçün Günəşin ətrafında bir dövrü 15 min ilə edir. Ötən il Braun bəyan etdi ki, Havay adalarındakı Subaru teleskopu ilə əldə edilən məlumatlardan "X Planeti" barədə nəsə öyrənmək olar. Bununla yanaşı alim qeyd edib ki, qeyri-adi orbitləri olan cırtdan planetilər sirli "X Planet"inin mövcudluğunu sübut edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.