Maraqlı

Genləri dəyişdirilən körpələr dünyaya gəldi, cinayət işi açıldı - FOTO

23 Yanvar 2019 23:01
1 Şərh     Baxış: 2 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində dünyanın ilk genetik "dizaynlı" körpələri dünyaya gəlib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, He Jİankui haqqında cinayət işi açılıb. He nəzarətdən yayınma, beynəlxalq qanunları şan və sərvət üçün pozma maddələri günahkar bilinir.

Çinli alim He hamilə bir qadının qarnındakı əkizləri HİV virusuna qarşı immunitet qazandırmaq üçün genlərini dəyişdirdiklərini və körpələrin doğulduğunu bildirmişdi. Aparılan istintaqa əsasən, alim sənədlərdə saxtakarlığa yol verib. Bundan başqa üzə çıxıb ki, Çində qeyri-qanuni olan təhlükəsizlik səviyyəsi müəyyən olmayan bir üsulu insan embrionlarında istifadə edib.

Yüzlərlə çinli və beynəlxalq səviyyəli alim Heni qınayaraq insan embrionlarında gen dəyişdirmə üsulunun çoxalma məqsədi ilə istifadəsinin etikaya zidd olduğunu bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.