Maraqlı

Məktəb direktoru 700 şagirdlə hər səhər rəqs edir - VİDEO - FOTO

23 Yanvar 2019 13:13
2 Şərh     Baxış: 2 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

40 yaşlı Çjan Penfey Çinin şimalındakı Şansi vilayətindəki ibtidai məktəblərdən birinin direktorudur.

O, vətənində məşhurlaşmaqla yanaşı, sosial şəbəkələrin yeni fenomeninə çevrilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Linyi bölgəsindəki Si Quan şəhərində məktəb direktoru olan Penfey hər dərs gününü rəqslə başlayır.

Məktəbin direktoru 700 şagirdlə birlikdə rəqs edir.

Çjan Penfeyin dediyinə görə, bir ay ərzində rəqs öyrənib və sonra da həmin rəqsi şagirdlərə öyrədib.

"Balacaların sağlam, çevik, qıvraq olmalarını istəyirəm. Ona görə də hər səhər dərsdən əvvəl kollektiv şəkildə rəqs edirik", - direktor deyib.

Kollektiv səhər rəqsi yarım saat davam edir.

Penfey bu rəqslə Çində 1951-ci ildən bəri bütün ibtidai, orta və ixtisas məktəblərində dərslərdən əvvəl məcburi olan 30 dəqiqəlik gimnastika təmrinlərini əvəzləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəb direktoru 700 şagirdlə hər səhər rəqs edir

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.