Maraqlı

Karbon qazını elektrikə çevirən üsul

24 Yanvar 2019 22:40
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya alimləri karbon qazını istifadə edilə bilən elektrik enerjisinə çevirməyin bir yolunu tapdı.

Qlobal istiləşmə və iqlim dəyişikliyinə səbəb kimi göstərilən karbon qazının idarə altına alına bilməsi üçün bir çox araşdırma var. Şirkətlər öz karbon emissiyalarını azaltmaq üçün işlər görərkən, elm insanları da atmosferdəki və okeanlardakı karbondioksidin təmizlənməsi üçün araşdırmaları davam etdirirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Cənubi Koreya araşdırmaçıları karbon 4 oksidin atmosferə yayıldıqdan sonra okeanlar tərəfindən sovrulmasını istəyərək bir üsul tapdı. Sistemdə istifadə edilən elementlər bir yanacaq hüceyrəsində istifadə edilənlərlə olduqca bənzər elementlərdən meydana gəlir. Sistem bir katod (natrium metal), bir ayırıcı (NASICON) və bir anoddan (katalizor) meydana gəlir. Sistemdən isə hidrogen və elektrik yaranır. Ortaya çıxan hidrogeni yanacaq olaraq istifadə etmək də mümkündür. Sistemin məhsuldarlıq nisbəti isə 50%-in üzərindədir.

Universitetdən Kimyəvi Mühəndislik və Enerji Məktəbi professoru Quntai Kim belə deyib: "Bu texnologiyanın açarı, kimyəvi olaraq balanslı olan CO2 molekullarının digər materiallara asan çevrilməsidir. Yeni sistemimiz CO2 çevrilməsi mexanizmilə əlaqədar problemi həll edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.