Maraqlı

4,66 milyard dollarlıq tunel tikildi

24 Yanvar 2019 08:55
0 Şərh     Baxış: 2 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonqda inşasına 4.6 milyard dollar sərmayə yatırılmış yeni avtomobil tuneli istifadəyə verilib. Bu infrastruktur layihəsi 10 ilə başa gəlib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yolötürücüsünün uzunluğu 4,5 kilometrdir. Onun böyük hissəsi Honkonq adasının şimal sahili boyunca yerin altından, həmçinin dənizin dibindən keçir. Tuneldə hər istiqamətdə üç hərəkət zolağı var. Yoldan istifadə pulsuzdur.
 
Tunel dünyada ən böyük unikal ventilyasiya və hava təmizləyici sistemlə təchiz edilib. Yeni sistem işlənmiş qazda mövcud olan zərərli maddələrin 80%-ni kənarlaşdırmağa imkan verəcək və hər saat 5,4 milyon kubmetrədək havanı süzgəcdən keçirmək gücünə malikdir.
 
"Yaşıllar" hərəkatının nümayəndələri sözügedən tunelin istifadəyə verilməsini alqışlayıb və hakimiyyəti yeni tuneldə istifadə edilmiş texnologiyaları Honkonqun digər belə tikintilərində tətbiq etməyə səsləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.