Maraqlı

“Ağıllı” alışqan siqaret çəkməyi atmağa kömək edəcək

24 Yanvar 2019 08:35
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanın elektronika istehsalçısı "Slighte" şirkəti siqaret çəkməyi atmağa kömək edən "ağıllı" alışqan təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, nikotindən asılı əksər insanlar zərərli vərdişdən əl çəkmək istəsə də, onlar arzuolunan nəticəyə müstəqil nail ola bilmirlər. Belə olan halda onlara müasir yardımçı vasitələr kömək edir. Onlardan biri məhz "ağıllı" alışqandır.

Bildirilir ki, "ağıllı" qurğu istifadə vaxtının analizini apardıqdan sonra riyazi hesablamalar edir və istifadəçi siqaret çəkmək istəyəndə qurğunun işə düşməsinə imkan verməyən alqoritm hazırlayır.

Qiyməti 129 dollar təşkil edən innovativ qurğunun bu ilin yayında satışa çıxarılacağı gözlənilir. "Slighter" şirkətinin texnologiyası Fransanın iki xərçəng institutu və profilaktika mərkəzi tərəfindən təqdim ediləcək birgə tədqiqat layihəsinin aparılması üçün seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.