Maraqlı

Yeni nəsil qeyri-adi qurğular hansılardır?

24 Yanvar 2019 08:25
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər yeni nəsil az tanınan və qeyri-adi qurğuları açıqlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, siyahıda birinci yeri vəzifəsi keyfiyyətli fotoşəkillər çəkməkdən ibarət olan "Pro-Selfie" pilotsuz uçan aparatı tutub. O, smartfon vasitəsilə idarə edilir, tez enerji ilə doldurulur və az yer tutur.

İkinci yerdə ucuz qiymətə, kompakt qabaritlərə malik və "USB" portu ilə işləyən "CoolAir" mobil kondisioneri qərarlaşıb.

İstehsalçılar tərəfindən avtomobilin gecə vaxtı sürülməsi üçün hazırlanan "ClearView" eynəyi gözün yükünü azaltmağa və polyarlaşmış işığın tanınmasını asanlaşdırmağa imkan verir.

Növbəti pillələrdə yer alan "KeySmart" açarı böyük açarlar dəstini qatlanan bıçaq prinsipi üzrə işləyən qurğuya çevirir. Tibbi məqsədlər üçün yaradılan "BlackHero" korseti isə qaməti düzəldərək yorulmuş əzələlərə kömək edəcək.

"HalthWatch" ağıllı saatı nəbzi, təzyiqi, addımların sayını və kalorinin miqdarını ölçür. Qurğunun akkumulyator batareyası enerji toplamadan 33 ay işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.