Maraqlı

WhatsApp-da yeni məhdudiyyət

24 Yanvar 2019 08:51
0 Şərh     Baxış: 2 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəllər eyni məlumatı 20 dəfəyədək göndərmək mümkün idi. Məhdudiyyət yalan xəbərlərlə mübarizə üçün tətbiq olunub.

Bildirilir ki, bu tədbir Hindistan hökuməti messenceri onlarla linçləmə hadisəsinə səbəb olmuş yalan xəbərlərin yayılmasında təqsirləndirdikdən sonra ölkədə sınaqdan keçirilib. Eksperimentin uğurlu olmasına görə "WhatsApp" rəhbərliyi onu digər ölkə istifadəçilərinə də şamil edib.

"WhatsApp" qrupu 256 nəfərdən ibarət ola bilər. Yeni tədbir məlumatı əvvəllər olduğu kimi, 5 min nəfər arasında deyil, maksimum 1280 istifadəçiyə yaymağa imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.