Maraqlı

Facebook cərimələnə bilər

24 Yanvar 2019 07:31
0 Şərh     Baxış: 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın federal ticarət komissiyası (FTC) Facebook şirkətini yüksək şəkildə cərimə ilə cəzalandırmağı müzakirə edir. Bunun əsas səbəbi isə şirkətin öz istifadəçilərinin özəl məlumatlarının lazımi səviyyədə təhlükəsizliyini təmin edə bilməməsidir. Bu barədə The Washington Post qəzetinin saytı xəbər verib. Məlumata əsasən əgər qərar qəbul edilsə, cərimə 22.5 milyon dollardan bir qədər çox olacaq. Qeyd etmək lazımdır ki, FTC 2012-ci ildə Google şirkətini məhz 22.5 milyon dollar dəyərində cərimələmişdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, həmin cərimənin əsas səbəbi isə Google şirkətinin öz istifadəçilərinin internetdəki əməliyyatlarını izləməsi idi. Məlumata əsasən FTC-nin Facebook şirkəti ilə bağlı istintaqının yekun qərarı və cərimə göstəricisi yaxın zamanda məlum olacaq. Facebook şirkəti öz istifadəçilərinin məlumatlarının kənar tətbiqlərə ötürülməsi barəsində istifadəçiləri məlumatlandırmalı və onlardan bunun üçün icazə almalıdır. Əgər FTC qərar versə ki, şirkət bu qanunlara riayət etməyib, deməli Facebook şirkətini cərimə cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.