Maraqlı

Bred-Şarliz münasibətinin pərdəarxası - FOTO

22 Yanvar 2019 14:15
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın nüfuzlu "People" jurnalı Hollivudun iki məşhur siması - Bred Pitt və Şarliz Teronun gündəmdən düşməyən sevgi münasibətindən yazıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dərgidə Pitt-Teron cütlüyünün sevgi hekayəsinin detalları barədə məqalə dərc olunub.

Nəşrə görə, iki kino ulduzu 6 ay bundan əvvəl yaxınlaşmağa başlayıblar. Onlar "Breitling" brendinin reklam çarxına birgə çəkiliblər, bundan sonra yaxın dost olublar.

"Entertainment Tonight" isə iddia edir ki, cütlük hələ sevgili olmağa hazır deyil: "Onlar uzun illərdir ki, bir-birilərini tanıyırlar. Çəkilişdən sonra dostluqları güclənib. Cütlük müxtəlif mövzularda söhbət edir, tez-tez ünsiyyətdə olurlar. Bred və Şarliz ciddi münasibətə hazır deyillər. Ancaq onlar Hollivudun çox maraqlı cütlüyü ola bilərlər, lakin indi yaxşı dostdurlar".

Amerika və İngiltərə KİV-lərinin əskəriyyəti isə onların sevgi xəbərinin uydurma olduğunu, yalançı və uğurlu PR hesab edir.

Bu məqamda bildirək ki, gündəmin qəhrəmanları isə mövzu barədə hələlik rəsmi açıqlama verməyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.