Maraqlı

Tokionun ictimai nəqliyyatında sıxlığı azaltmaq məqsədilə kampaniyaya start verilib

23 Yanvar 2019 04:30
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya paytaxtının hakimiyyət orqanları ictimai nəqliyyatda sıxlığı azaltmaq məqsədilə hərəkətin daha çox olduğu səhər saatlarında işə gedən insanlardan qatarlardan mümkün qədər az istifadə etməyi xahiş edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tokio administrasiyasının rəsmi nümayəndələri gələn il Yaponiya paytaxtında keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar yanvarın 21-də bu kampaniyaya start verib.

Kampaniyada təqribən 980 şirkət və təşkilatın iştirak etdiyi bildirilir.

Tokio administrasiyasının nümayəndəsi deyib ki, kampaniyada iştirak edən dəmir yolu daşıyıcıları sərnişinləri qatarlarda günün hansı saatlarında sıxlıq müşahidə edildiyi barədə məlumatlandıracaq. İşəgötürənlər isə işçiləri cədvəllərini buna uyğun şəkildə dəyişməyə çağıracaqlar.

Kampaniyanın fevralın 1-dək davam edəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.