Maraqlı

""Tarkanın taxtı"na yiyələnmək kimi bir niyyətim yoxdur"

22 Yanvar 2019 11:55
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli ifaçı Edis "Kanal D"də yayımlanan "İkinci sayfa" proqramına müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni jurnalistin "Sizin haqqınızda "Tarkanın taxtını əlindən alacaq" deyirlər. Buna münasibətiniz necədir" sualı qarşısında çaş-baş qalıb.

"Elə bir şey ola bilməz. Tarkan olduğu müddətdə "Yeni Tarkan" olmaq, onun taxtına yiyələnmək kimi bir niyyətim yoxdur. Bu, əslində, məni qürurlandırır, amma, eyni zamanda, mənə zərər verir. Mən də Tarkanın fanatıyam. Öncə Edis olum, sonra baxarıq, kim olacağam. Belə mövzulardan danışılanda çox pis oluram", - Edis cavab verib.

Qeyd edək ki, Edis son zamanların ən populyar kişi müğənnilərindən sayılır. Konsertləri anşlaqla keçən ifaçının albomları da satış rekordu qırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.