Maraqlı

Kök olduğu üçün ölümlə təhdid edilir - FOTO

21 Yanvar 2019 20:34
6 Şərh     Baxış: 2 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danielle Qalvin adlı 26 yaşlı qadın internet fenomeninə çevrilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onu kök olmasıdır. Arıqlamağı belə düşünməəyən Danielle hər gün yeni fotolar paylaşaraq özü kimi çəkili qadınları depresiyaya düşməməyə səsləyir.

Hazırda 100 mindən çox izləyicisi olan Qalvin deyir, ona xoş söz yazanlarla yanaşı, təhdid edənlər və ölümlə hədələyənlər də az deyil.

"Uşaqlıqdan bəri kök olmuşam. 18 yaşıma kimi arıqlamağa çalışsam da, alınmayıb. Dəfələrlə depresiyaya düşmüşəm, özümə nifrət etmişəm, amma sonra İnstaqram səhifəsi açaraq əyləncəli şəkillərimi yerləşdirməyə başladım. Mənə dəstək olanların sayı artdıqca, özümü yalnız hiss etməməyə və olduğum çəkiyə alışmağa, belə daha gözəl göründüyümü düşünməyə başladım. Bundan sonra mən də hər gün şəkil paylaşaraq özünü tənha hiss edən kök qadınlara dəstək olmaq istədim", - deyə Danielle bildirib.

Qalvin bundan sonra arıqlamağı düşünmədiyini, daha da çox çəki alacağını qeyd edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.