Maraqlı

Fevralın 5-də Çin təqvimi ilə Yeni il başlanacaq

21 Yanvar 2019 23:34
0 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 5-də Çin təqvimi ilə Yeni il - sarı donuz ili başlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çində Ay təqvimi ilə müəyyən edilən Yeni ilin başlanğıcı qış gün dönümündən (21 dekabr) sonra Ayın ikinci dəfə bədirləndiyi tarixə düşür. Beləliklə, Çində Yeni ilin başlanğıcı yanvarın 21-dən fevralın 20-dək müxtəlif tarixlərə təsadüf edir.

2019-cu ildə planetin əhalisinin dörddə bir hissəsi üçün Yeni il fevralın 5-də başlanacaq. Çinin materik hissəsində, Honkonq, Makao və Tayvan küçələrində və yerli sakinlərin evlərində bayram münasibətilə bəzək işləri başlanıb. Sinqapurda, Cənubi Koreyada və bütün dünyanın çinlilər yaşayan məhəllələrində bu bayramı səbirsizliklə gözləyirlər.

4000 ildən çox tarixə malik olan Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir. Çinlilər özləri Yeni ili bahar bayramı adlandırırlar.

Ənənəyə görə Yeni il bayramı münasibətilə gəzintilər 16 gün davam edir. 2019-cu ildə Çində Yeni il gəzintiləri fevralın 19-dək davam edəcək. Bayramın sonuncu günü Fənərlər bayramı adlanır.

2019-cu il fevralın 4-dən 10-dək Çində rəsmən qeyri-iş günləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.