Maraqlı

Məşhurlar və müqavilələr - Ulduzlara nə qadağan edilib? - FOTO

21 Yanvar 2019 23:19
0 Şərh     Baxış: 2 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün bir çox Hollivud ulduzunun imzaladığı müqavilədə onlara sosial şəbəkədə söhbət etməyi qadağan edən bənd var.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu bəndin məqsədi filmin ssenarisinin gizli qalmasıdır. Çünki bəzən aktyorlar film haqqında ən maraqlı hissələri əvvəlcədən deyirlər.

Bu gün oxuculara ulduzlara qadağan edilən məsələlərdən məlumat verəcəyik.

Kosmosa uçuş

İsveçli yarımmüdafiəçi Stefan Şvarts idman karyerasının zirvəsində kosmosa uçmaq istəyib. İdmançı uçuş üçün şəxsi pulundan ödəmə etmək istəyib. Futbol klubunun nümayəndələri bunu eşidəndən sonra, müqavilədə tezliklə kosmosa uçmağı qadağan edən bənd peyda oldu.

İntihar

Demi Lovato yeniyetmə yaşlarından məşhurlaşıb. Bununla yanaşı, psixoloji böhran da başladı. Demi tez-tez depresiyaya düşdüyü üçün işləyə bilmirdi. Bunu bilən prodüserlər müqaviləyə yeni bənd əlavə etdilər. Bəndə əsasən, Lovato intihar edə bilməzdi. Demi yetkinlik yaşına çatmadığı üçün onun valideynləri bu bəndə əməl etməli idilər.

Yalnız qələbə

Boksçu Marko Xuk "Sauerland Event" promouterləri ilə müqavilə imzalayıb. Müqavilədə boksçuya məğlub olmaq qadağan edilib. Məğlubiyyət olsa, müqavilə qüvvədən düşür.

Gülüş

Amerikalı aktyor Kiton Baster "Gülüşsüz komediya ustası" adı ilə tanınırdı. Karyerasının böyük hissəsini səssiz filmlərdə çəkilib. Baster komediya aktyoru idi amma tamaşaçı onun güldüyünü heç vaxt görməyib. Müqaviləyə əsasən, aktyor çəkiliş meydançasında və kənarda gülə bilməzdi. Əgər bəndə əməl etməsə, cərimə ödəməli idi. Prodüserlərin fikrinə görə, aktyorun hissiyatsız üzü daha gülməli idi.

Kazinonun tələbi ilə

Britni Spirs Las-Veqasdakı bir kazino ilə müqavilə imzalayıb. Müqavilənin şərtinə əsasən, müğənni həftədə iki dəfə qonaqlar qarşısında çıxış edəcək. Amma müqavilədə müəyyən qadağalar da var. Britni hamilə qala bilməz və spirtli içki qəbul edə bilməz.

Pepsi yoxsa kola?

2011-ci ildə Ronaldinyo və "Coca-Cola" müqavilə imzalayıb. Futbolçu şirkətin reklam kampaniyasında iştirak etməli və 750 min dollar qonorar almalı idi. Əməkdaşlığın 3 il davam edəcəyi gözlənilsə də, müqavilə 6 aydan sonra pozuldu. Buna səbəb isə Ronaldinyonun bir tədbirdə "Pepsi" içməsi olub.

Qadağa altında virtual oyunlar

"Vankuver Kenaks" klubunun sahibləri xokkeyçilərə yarışlara oyun aparatı götürməyi qadağan ediblər. Məşqçilərin fikrinə görə, oyunçular bütün gecə oyuncaqla oynamaqdansa, bir-birləri ilə söhbət etməlidirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.