Maraqlı

Milyon dollarlıq qədim xəzinə tapıldı

20 Yanvar 2019 20:59
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan Milli Universitetinin alimləri Daşkəndin tarixi binalarından birində ümumi dəyəri milyon dollardan çox olan qədim xəzinə tapıblar.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, həmin qiymətli əşyalar 80 ildir itmiş sayılırdı. Xəzinə binanın zirzəmisinin altında yerləşən gizli tikilidə tapılıb. Mütəxəssislər o cümlədən Romanovların Daşkənddəki sarayının 1918-ci il kolleksiyasından olan eksponatlar və Stalin repressiyaları qurbanlarına, habelə zadəganlara və Avropadan Sankt-Peterburqa köçmüş alimlərə məxsus əşyalar aşkarlayıblar.

Tapıntılar arasında XIX əsrə aid qızıl mikroskop, qiymətli metallardan olan pullar və külçələr, nadir kitablar və əlyazmaları, rəsm əsərləri və ikonalar var. Bəzi əşyaların bərpa olunmaq üçün Almaniya və Polşadan olan mütəxəssislərə veriləcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.