Maraqlı

Kraliçanın 97 yaşlı əri cəzalandırıla bilər

20 Yanvar 2019 21:06
0 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Şahzadə Filip cəzalandırıla bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, buna səbəb 97 yaşlı Filipin avtomobil sürərkən təhlükəsizlik kəməri taxmamasıdır.

Polis bununla bağlı şahzadəyə xəbərdarlıq edildiyini açıqlasa da, ona hansısa cəzanın tətbiq edilməsi haqda məlumat verməyib.

Yerli vətəndaşlar isə qanunların hamı üçün eyni olduğunu və pozuntuya yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Şahzadə Filip iki gün əvvəl avtomobil qəzasına düşmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.