Maraqlı

Kəbənin yanındakı yarımdairə şəklində divar nədir?

22 Yanvar 2019 21:45
0 Şərh     Baxış: 1 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məkkədə Kəbənin şimal divarının qarşısında, Şam və İraq rüknlərinin (künclərinin) arasında hündürlüyü təqribən 1,3 metr olan yarımdairəvi divar var. Yarımdairənin içərisi mərmərlə döşənib.

Milli.Az islam.az-a istinadən bildirir ki, bura Hicri-İsmail deyirlər. Rəvayətə görə, Həzrət İsmail Peyğəmbər (ə) anası Hacərlə birlikdə burada çadır qurub yaşamışlar. Hacərin məzarı da Hicri-İsmailin içərisində yerləşir. Bəzi rəvayətlərdə deyilir ki, Hicri-İsmaildə bir neçə peyğəmbər dəfn olunub. İsmail Peyğəmbərin (ə) də məzarının burada olduğunu yazırlar.

Həcc mərasimində təvaf vaxtı Kəbə ilə Hicri-İsmailin arasından keçmək olmaz. Əksinə, Hicri-İsmailin çöl tərəfindən keçmək lazımdır. Bu, Hicri-İsmailin də Kəbə qədər müqəddəslik daşıdığını göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.