Maraqlı

Tesla yunan adalarını enerji qıtlığından xilas edəcək

22 Yanvar 2019 08:31
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın 20%-i adalardan ibarətdir və bu adalara enerji mənbəyi çox zaman fasilələrlə verilir. Tam enerji veriləndə isə yüksək dərəcədə yanacağın yandırılması reallaşdırılır. Bu səbəbdən Tesla şirkəti Yunanıstan hökuməti ilə xüsusi layihənin reallaşdırılması üçün müqavilə bağlayıb və layihənin ilkin mərhələsi Lemnos adasında reallaşdırılacaq. Bu barədə Hightech.plus saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, adaları elektrik enerjisi ilə təmin etmək uzun illər ərzində Yunanıstan üçün ciddi məsələ idi. Lakin alternativ enerjilərin və onların saxlanması texnologiyalarının inkişafı bu problemi aradan qaldırmağa imkan verir. Tesla şirkətinin və Yunanıstanın enerji nazirliyinin planı üzrə uzaq məsafələrdə yerləşən adaların enerji problemi günəş panelləri fermaları və litium-ion batareyaları əsaslı enerji saxlama sistemləri vasitəsilə aradan qaldırılacaq.

Məlumata əsasən Tesla şirkətinin təmsilçiləri və Yunanıstan hökuməti sözügedən layihənin bəzi məsələləri üzrə razılığa gəliblər. Onlar həmçinin adalar üzrə enerji sisteminin yenidən qurulmasını da müzakirə ediblər. Sözügedən elektrik enerjisi sxemi Tesla şirkəti üçün ənənəvi olacaq. Belə ki, şirkət günəş panelləri şəbəkəsini yerləşdirəcək və həmin şəbəkəni Tesla Powerpack adlı litium-ion batareyaları əsaslı enerji saxlama sisteminə qoşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.