Maraqlı

Puqaçova 29 yaşlı bəstəkara görə özünü ölümə atdı... - Sirli hadisə

19 Yanvar 2019 16:24
1 Şərh     Baxış: 2 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni Alla Puqaçova 30 il əvvəl plastik əməliyyat zamanı az qala dünyasını dəyişəcəkmiş.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə primadonnanın rəfiqəsi Mila Andreyeva xatirəsini bölüşüb.

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində Puqaçova əməliyyata qərar verir. Məqsəd sevgilisi - 29 yaşılı bəstəkar Sergey Çelobanovun yanında gənc görünmək olub. Onların arasında 12 yaş fərqi var.

Mila Andreyevanın sözlərinə görə, Primadonnanı İsveçrədə əməliyyat ediblər. Bu zaman ona infeksiya yoluxub:

"Onun hərarəti daim yüksəlirdi, arıqlamışdı və sanki əyilmişdi. Ona baxmaq qorxulu idi. Şükürlər olsun ki, Moskva klinikasında həkimlər onu xilas etdilər".

Lakin bəstəkar və müğənninin romanı uzun sürməyib və onlar az sonra ayrılıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.