Maraqlı

Seda Sayan imicini zədələyənləri bağışlamayacağını deyib

19 Yanvar 2019 13:19
0 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seda Sayan adını və şəkillərini istifadə edərək arıqlama məhsulları satan firmanı məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı dərmanı alan insanların bu haqda ona sosial şəbəkədə yazdıqlarını bildiriblər.

Sayanın məhkəməyə təqdim etdiyi şikayət ərizəsində "Ötən illərdə bir firma ilə razılaşan və çəkilən video-fotolar başqa bir şirkət tərəfindən istifadə edilib. Bunun üçün Seda Sayandan icazə alınmayıb. Onun haqlarından istifadə edərək qazanc əldə ediblər. Sayanın fotolarını internetdə görən və dərmanı buna görə satın alan bir çox insan ifaçıya mesaj yazıb, dərmanın heç nəyə təsir etmədiyini bildirib" sözləri yazılıb.

Müğənni imicinin zədələndiyini və firmanı bağışlamayacağını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.