Maraqlı

Məşhur aktrisa maaşını ala bilmir

19 Yanvar 2019 11:29
0 Şərh     Baxış: 2 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur aktrisası Melisa Sözen məhkəməyə müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Melisanın Star TV-də yayımlanan "Babamın Günahları" serialındakı rolu qarşılığında maaş ala bilməməsidir.

"Evrensel Filmçilik AS" şirkətindən şikayətçi olan aktrisa qarşı tərəfdən 49 min TL tələb edib.

"Pulu ödəmə əmri 2018-ci ilin sentyabr ayından verilib.  Ancaq şikayət etdiyimiz şirkət borcu ödəmir. Biz də həmin şəxslərin mülklərinin müsadirə olunmasını istəyirik" - deyə M. Sözenin vəkili açıqlama verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.